Bank Of Baku

AMIP “Azərbaycanda təkpartiyalı sistemdən çoxpartiyalı sistemə keçid” mövzusunda tədbir keçirəcək

AMIP “Azərbaycanda təkpartiyalı sistemdən çoxpartiyalı sistemə keçid” mövzusunda tədbir keçirəcək
# 14 iyul 2007 09:49 (UTC +04:00)
Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) yaranmasının 15 illik yubileyi münasibəti ilə gələn həftədən silsilə tədbirlərə başlayacaq. Partiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, ilk olaraq “Azərbaycanda təkpartiyalı sistemdən çoxpartiyalı sistemə keçid” mövzusunda dəyirmi masa keçsiriləcək. Dəyirmi masaya Azərbaycandakı siyasi partiyaların təmsilçiləri, səfirliklərin nümayəndələri, QHT-lər, ziyalılar dəvət edilib. Sözügedən toplantıya AMİP-in ilk Təşkilat Komitəsinin üzvləri də dəvət olunacaq. Bundan sonra partiyanın silsilə tədbirləri başlayacaq. Tədbirlərin ilin sonuna kimi davam etdirilməsi nəzərdə tutulub. Tədbirlərin keçirilməsi üçün partiyada yaradılmış işçi qrupu tədbirlər planı hazırlayıb və bu plan Siyasi Şurada təsdiq olunub. Qeyd edək ki, AMİP-in təsis qurultayı 1992-ci ilin iyulun 3-də keçirilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR