Bank Of Baku

Akif Şahbazov: “Müxalifət partiyalarının Milli Foruma münasibətini mənfi qiymətləndiririk”

Akif Şahbazov: “Müxalifət partiyalarının Milli Foruma münasibətini mənfi qiymətləndiririk”
# 14 iyul 2007 10:15 (UTC +04:00)
“Milli Forumun keçirilməsi ilə bağlı müxalifət partiyalarının Açıq Cəmiyyət Partiyasının etdiyi müraciətə cavabları adekvat deyil və bu, bizim tərəfimizdən mənfi qiymətləndirilir”. B açıqlamanı APA-ya Açıq Cəmiyyət Partiyasının (ACP) sədri Akif Şahbazov bildirib. Onun sözlərinə görə, iyul ayında növbəti forumun keçirilməsi nəzərdə tutulsa da, bu mümkün olmayıb. Buna görə də növbəti tədbir sentyabra kimi təxirə salınıb: “Biz istəyirdik ki, ACP və Rəsul Quliyevin təşəbbüsü ilə keçirilən forumu mərhələli olaraq davam etdirək və hər dəfə bir siyasi qurum təşkilatçılıq işini öz üzərinə götürsün. Müxtəlif ictimai-siyasi təşkilatlara müraciət edildi, amma müvafiq cavab ala bilmədik. Onlar müraciətə heç bir cavab vermədilər və səbəb də göstərmədilər. Bu milli məsələ olduğuna görə hamı eyni səviyyədə maraqlı olmalı idi. Hesab edirik ki, cəmiyyətdə yaranmış əhval-ruhiyyəni yalnız bu kimi tədbirlərlə yüksəltmək olar. Amma siyasi qurumların belə mövqeyi mütərəqqi qüvvələr tərəfindən müsbət hal kimi qiymətləndirilə bilməz”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR