Bank Of Baku

Müxalifətin Məşvərət Məclisinin iclasları havaların isti keçməsi ilə əlaqədar ayda bir dəfə keçiriləcək

Müxalifətin Məşvərət Məclisinin iclasları havaların isti keçməsi ilə əlaqədar ayda bir dəfə keçiriləcək
# 14 iyul 2007 10:19 (UTC +04:00)
Müxalifətin Məşvərət Məclisinin iclaslarının ayda bir dəfə keçirilməsi ilə bağlı qərar qəbul olunub. Məclisin iclaslarında iştirak edən AMİP-in mətbuat və təbliğat katibi Əli Orucov APA-ya verdiyi açıqlamada bu qərarı havaların isti keçməsi ilə əlaqələndirib. Onun sözlərinə görə, toplantılara sədrlik rotasiya yolu ilə həyata keçirilir və növbəti toplantı AMİP-in qərargahında olacaq. Partiya katibi növbəti iclasda ölkədəki soial-iqtisadi vəziyyətin müzakirə olunacağını və müvafiq qərarların qəbul ediləcəyini bildirib. Ə. Orucov digər partiyaların məclisə qoşulmamasını da mənfi hal kimi qiymətləndirib: “Qurumun qapısı açıqdır və bəzi partiyalara bu quruma daxil olması üçün müraciət də edilib. Azərbaycanın taleyi ilə bağlı olan hər bir partiya bu ittifaqda təmsil oluna bilər. Amma biz ölkənin regionlarında yerli təşkilatları, nüfuzu və ciddi strukturları olmayan partiyaların bu quruma axışmasına tərəfdar deyilik”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR