Bank Of Baku

Sabah Yeni Zaman Partiyasının təsis qurultayı keçiriləcək

Sabah Yeni Zaman Partiyasının təsis qurultayı keçiriləcək
# 14 iyul 2007 10:19 (UTC +04:00)
Sabah Yeni Zaman Partiyasının (YZP) təsis qurultayı keçiriləcək. Partiyanın Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsinin sədri Musa Ağayevin APA-ya verdiyi məlumata görə, qurultay keçirmək üçün müvafiq zal tapılıb. Hələlik qurultayın yerini açıqlamayan M. Ağayev bunu toplantıya hakimiyyət nümayəndələri tərəfindən problem yaratmaq ehtimalı ilə əlaqələndirib. Zalın kifayət qədər kiçik olduğunu deyən M. Ağayev buna görə də qurultay nümayəndələrinin sayının 300 nəfərdən 100 nəfərə qədər azaldıldığını bildirib. M. Ağayev qurultaya qonaqların çağırılmadığını deyib. O, toplantıda partiyanın sədrinin, İdarə Heyətinin və Mərkəzi Şurasının seçiləcəyini, ictimai-siyasi vəziyyətlə bağlı müzakirələrin aparılacağını qeyd edib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR