Bank Of Baku

CHP İstanbul millət vəkili Alqan Hacaloğlu: “CHP hakimiyyətə gələrsə, Ermənistanın yurd-yuvasından didərgin etdiyi 1 milyon azərbaycanlıya təzminat ödəməsinə çalışacağıq”

CHP İstanbul millət vəkili Alqan Hacaloğlu: “CHP hakimiyyətə gələrsə, Ermənistanın yurd-yuvasından didərgin etdiyi 1 milyon azərbaycanlıya təzminat ödəməsinə çalışacağıq”
# 16 iyul 2007 08:22 (UTC +04:00)
Bu sözləri APA-nın Türkiyə bürosuna eksklüziv açıqlamasında insan haqları üzrə məsul keçmiş dövlət naziri, CHP İstanbul millət vəkili, partiyanın siyahı üzrə deputatlığa ikinci namizədi Alqan Hacaloğlu deyib. A. Hacaloğlu bildirib ki, deputatlığa altıncı dəfədir namizədliyini irəli sürür: “Ancaq indiyə qədər dünyəviliklə bağlı həssaslığın bu qədər olduğunu görməmişdim. Mən İstanbulun birinci bölgəsindən namizədəm. Baş nazir Rəcəb Tayyib Ərdoğan da buradan namizəddir. Qəti şəkildə deyə bilərəm ki, AKP 24 millət vəkilinin seçiləcəyi bu bölgədə birinci partiya ola bilməyəcək. Türkiyədə seçkinin nəticələrini bu günlərdə yaşanacaq olan proseslər müəyyənləşdirəcək”. A. Hacaloğlu bu parlament seçkiləri nəticəsində bir partiyanın hakimiyyətə gəlməsinin çətin olacağını söyləyib: “Ancaq qəti olan şey AKP-nin hakimiyyətdən gedəcəyidir. Biz AKP-nin hakimiyyətdən gedəcəyinə inanırıq”.
A. Hacaloğlu CHP hakimiyyətə gələrsə, işğal etdiyi Azərbaycan torpaqlarından çıxmadığı müddətdə Ermənistanla münasibətləri normallaşdırmayacağını vurğulayıb:
“Azərbaycan CHP üçün ən yaxın hiss etdiyimiz qardaş ölkədir. Biz Ermənistanın yurd-yuvasından didərgin saldığı 1 milyon insanımıza təzminat ödəməsinə çalışacağıq. CHP hökuməti bölgədə ABŞ-a və digər dövlətlərə təslim olmayan siyasət yürüdəcək, bununla Ermənistanın işğalçı siyasətindən vaz keçməsi üçün ciddi fürsət yaranacaq. Azərbaycan haqlı mübarizəsində daim bizi yanında görəcək”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR