Bank Of Baku

Bakıda Azərbaycanın Avropaya inteqrasiya perspektivlərinə və problemlərinə həsr olunmuş beynəlxalq konfrans keçiriləcək

Bakıda Azərbaycanın Avropaya inteqrasiya perspektivlərinə və problemlərinə həsr olunmuş beynəlxalq konfrans keçiriləcək
# 16 iyul 2007 09:24 (UTC +04:00)
Buxarestdə vətəndaş cəmiyyətinin Qara dəniz regional təhlükəsizliyinin qurulmasında roluna həsr olunmuş beynəlxalq konfrans keçirilib. Helsinki Vətəndaş Assambleyasından APA-ya verilən məlumata görə, konfransda Avropa İttifaqı, Avropa Komissiyası, “Yeni Qonşuluq Siyasəti” Proqramının rəhbərləri, Rumıniyanın xarici işlər naziri, ABŞ və Avropa dövlətlərinin Rumıniyadakı səfirləri, bir sıra fond və təhqiqat mərkəzlərinin rəhbərləri, həmçinin Qara dəniz Forumu ölkələrinin nümayəndələri iştirak ediblər. Azərbaycanı Helsinki Vətəndaş Assambleyasının həmsədri Arzu Abdullayeva, Avrointeqrasiya üzrə Azərbaycan Milli İctimai Komitəsinin sədri İradə Bağırova, Azərbaycan Naminə İctimai Forumun rəhbəri Eldar Namazov təmsil ediblər. Konfrans iştirakçıları Qara dəniz Forumu ölkələrində demokratik islahatların vəziyyətini, həll olunmamış münaqişələrlə bağlı vəziyyət, fəaliyyət göstərən regional təşəbbüslərin səmərəliliyi və region ölkələrinin vətəndaş cəmiyyəti strukturlarının Avropa İttifaqı strukturları ilə sıx kooperasiyada əməkdaşlığının perspektivləri müzakirə olunub. İki gün davam edən konfrans çərçivəsində Azərbaycan nümayəndə heyəti Bakıda Azərbaycanın Avropaya inteqrasiyası perspektivlərinə və problemlərinə həsr olunmuş beynəlxalq konfrans keçirmək barədə razılıq əldə edib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR