Bank Of Baku

YAP Gənclər Birliyi “Gənclər ili” çərçivəsində “YAP-ın gəncləri” layihəsi çərçivəsində ilk tədbirini keçirib

YAP Gənclər Birliyi “Gənclər ili” çərçivəsində “YAP-ın gəncləri” layihəsi çərçivəsində ilk tədbirini keçirib
# 16 iyul 2007 10:12 (UTC +04:00)
Yeni Azərbaycan Partiyasının (YAP) Gənclər Birliyi “Gənclər ili” çərçivəsində “YAP-ın gəncləri” layihəsini həyata keçirir. Partiyanın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, layihə çərçivəsində ilk tədbir Lənkəranda keçirilib. YAP GB-ni təmsil edən 35 nəfərdən ibarət tələbə partiyanın Lənkəran təşkilatında olub və dəyirmi masa keçirilib. Dəyirmi masada Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlişinin 38-ci ildönümü münasibətilə diskussiya aparılıb. Gənclər Birliyi həmçinin şəhərdə YAP-ın sədr müavini, icra katibi Əli Əhmədov və bölgədən seçilmiş Milli Məclis deputatları ilə görüş keçirib. Layihə çərçivəsində YAP-çı tələbə-gənclər respublikanın ayrı-ayrı bölgələrinə səfərlər edəcək, partiyanın yerli təşkilatlarında fəallarla və ictimaiyyətin nümayəndələri ilə görüşlər keçirəcək, gənclərin problemlərinə və gəncliyin qarşısında duran vəzifələrə həsr edilmiş dəyirmi masalar təşkil edəcəklər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR