Bank Of Baku

“Human Rights Watch” təşkilatının icraçı direktoru Azərbaycanın hüquq müdafiəçiləri ilə görüşüb

“Human Rights Watch” təşkilatının icraçı direktoru Azərbaycanın hüquq müdafiəçiləri ilə görüşüb
# 16 iyul 2007 11:42 (UTC +04:00)
APA-nın xəbərinə görə, hüquq müdafiəçiləri Səidə Qocamanlı, Elçin Behbudov, Səadət Bənənyarlı, Murad Sadəddinov, İlqar İbrahimoğlu, Emin Hüseynli, Eldar Zeynalov və Sahib Məmmədovun qatıldığı görüşdə Azərbaycanda insan haqlarını durumu, mətbuatın vəziyyəti müzakirə edilib. Elçin Behbudov APA-ya açıqlamasında bildirib ki, ilk dəfədir, Azərbaycana gələn K. Rot hüquq müdafiəçilərinə əsasən ölkədə insan haqlarının, mətbuatın durumu barədə suallar verib. Görüş iştirakçıları qonağa ölkədəki durum barədə ətraflı məlumatlar veriblər.
Hüquq müdafiəçiləri “Human Rights Watch” nümayəndələrinin Azərbaycanın güc strukturlarının rəhbərləri və Prezidentin İcra Aparatını rəhbəri Ramiz Mehdiyevlə görüşlərinin nəzərdə tutulduğunu bildiriblər. /APA/


1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR