MSK növbəti prezident seçkilərinə kimi yeni binaya köçəcək

MSK növbəti prezident seçkilərinə kimi yeni binaya köçəcək
# 16 iyul 2007 11:43 (UTC +04:00)
57 Dairə Seçki Komissiyası (DSK) üçün yeni binaların tikintisi prosesi gedir. Mərkəzi Seçki Komissiyasının (MSK) mətbuat xidmətinin rəhbəri Azər Sarıyevin APA-ya verdiyi məlumata görə, bu proses MSK-nın müvafiq dövlət qurumlarına müraciətindən sonra başlayıb. A. Sarıyev 19 DSK üçün də yeni binaların ayrıldığını, 11 DSK-nın isə otaqlarının sayının artırıldığını qeyd edib. Onun sözlərinə görə, DSK-ların normal fəaliyyəti üçün ən azı 7 otağın olması tələb olunur. O, yerdə qalan digər DSK-ların binasında kifayət qədər otağın olduğunu bildirib və hazırda həmin DSK-larda da təmin işlərinin getdiyini qeyd edib. Avqustun sonuna kimi bütün DSK-ların binalarının təhvil verilməsi nəzərdə tutulub. A. Sarıyev bundan sonra MSK-nın 125 DSK-nın hər birini avadanlıqlarla kompüter, printer, surətçıxaran aparat, televizor, mebel və digər əşyalarla təmin olunacağını deyib. O, hazırda MSK-nın özü üçün də bina tikildiyini bildirib. A. Sarıyev 10 mərtəbəli binanın tikintisinin növbəti prezident seçkilərinə kimi başa çatdırılmasını və MSK-nın həmin binaya köçürülməsinin nəzərdə tutulduğunu vurğulayıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR