Bank Of Baku

VİP -in Ədliyyə Nazirliyinə qarşı iddiası üzrə məhkəmənin hazırlıq iclası keçirilib

VİP -in Ədliyyə Nazirliyinə qarşı iddiası üzrə məhkəmənin hazırlıq iclası keçirilib
# 16 iyul 2007 12:06 (UTC +04:00)
Vətəndaş və İnkişaf Partiyasının (VİP) Ədliyyə Nazirliyi ilə bağlı Yasamal rayon məhkəməsində qaldırdığı iddia ilə bağlı hazırlıq iclası keçirilib. Partiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, hakim Fəxrəddin Ağamirzəyevin sədrliyi ilə keçirilən iclasda Ədliyyə Nazirliyini qurumun Notariat və Qeydiyyat İdarəsinin böyük məsləhətçisi Əfqan Baxışov, iddiaçı tərəfi isə vəkil Tofiq Quliyev təmsil edib. Hər iki tərəf dinlənildikdən sonra hakim vəsatətlərin olub-olmaması ilə maraqlanıb. Bundan sonra o, hazırlıq iclasının başa çatdığını bildirib. Məhkəmə prosesi iyulun 24-nə təyin olunub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR