Bank Of Baku

Azərbaycanla Rusiya arasında teleyayım sahəsində problemləri araşdıran işçi qrupların növbəti toplantısı Bakıda keçiriləcək

Azərbaycanla Rusiya arasında teleyayım sahəsində problemləri araşdıran işçi qrupların növbəti toplantısı Bakıda keçiriləcək
# 16 iyul 2007 12:44 (UTC +04:00)
Bu barədə APA-ya Azərbaycanın İşçi Qrupunun təmsilçilərindən biri, Milli Televiziya və Radio Şurasının (MTRŞ) üzvü Qafar Cəbiyev bildirib. Q. Cəbiyev deyib ki, toplantı iyulun üçüncü ongünlüyündə baş tutacaq. Onun sözlərinə görə, işçi qrupların iyunun 8-də Moskvada keçirilən görüşündə hər iki ölkənin hazırladığı layihə əsasında hazırlanan yekun layihə Azərbaycana təqdim edilib: “Layihə ilə bağlı son qərar qəbul etmək üçün işçi qrupların növbəti dəfə fikir mübadiləsi aparmasına ehtiyac var. Demək olar ki, layihədə qaranlıq məqamlar yoxdur”.
Q. Cəbiyevin sözlərinə görə, 11 maddədən ibarət olan hökumətlərarası saziş layihəsi üzərində iş başa çatandan sonra Azərbaycanın teleradio yayımçılarının Rusiya Federasiyası ərazisində, Rusiyaya məxsus teleradio yayımçılarının verilişlərinin isə Azərbaycan ərazisində yayımının texniki, maliyyə və s. məsələlərini özündə əks etdirən növbəti sənəd hazırlanacaq. Qeyd edək ki, danışıqlar prosesində Rusiyanın “RTR-Planeta” kanalının Azərbaycanda yayımını davam etdirməsi, bunun əvəzində isə Az-TV-nin Rusiya ərazisində yayımlanması məsələsi müzakirə mövzusudur. Xatırladaq ki, MTRŞ-nin qərarı ilə Rusiyanın ORT kanalının Azərbaycanda yayımı iyulun 11-də dayandırılıb. “RTR-Planeta”nın Azərbaycanda yayımını davam etdirməsinə isə bir ay vaxt verilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR