Bank Of Baku

Xəzər İbrahim: “Beynəlxalq ictimaiyyət Ermənistanın Avropada adi silahlı qüvvələr haqqında müqavilənin şərtlərini pozmasına qiymət verməlidir”

Xəzər İbrahim: “Beynəlxalq ictimaiyyət Ermənistanın Avropada adi silahlı qüvvələr haqqında müqavilənin şərtlərini pozmasına qiymət verməlidir”
# 16 iyul 2007 12:57 (UTC +04:00)
Bu fikirləri APA-ya Xarici İşlər Nazirliyinin Mətbuat Mərkəzinin rəhbəri Xəzər İbrahim verib. Rusiyanın bu müqavilədən çıxmasını şərh edən XİN təmsilçisi bildirib ki, bu müqavilə beynəlxalq təhlükəsizliyin, xüsusilə də Avropada təhlükəsizliyin əsas elementlərindən biridir: “Təbii ki, Avropada adi silahlı qüvvələr haqqında müqavilə çərçivəsində müəyyən boşluqlar var. Məsələn, Ermənistan bu müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir. Əgər, Ermənistan öz ərazisində 220 tank yerləşdirməlidirsə, yalnız Azərbaycanın işğal olunmuş ərazilərində 300-dən artıq tank yerləşdirib. Bu fakt bütün tanınmış beynəlxalq jurnallarda öz əksini tapıb. Belə hallara beynəlxalq ictimaiyyət və müqavilənin iştirakçıları müvafiq qiymət verməlidir”. /APA/


1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR