Bank Of Baku

Mərkəzi Seçki Komissiyası Qazaxıstanda keçiriləcək parlament seçkilərini müşahidə etməyə dəvət olunub

Mərkəzi Seçki Komissiyası Qazaxıstanda keçiriləcək parlament seçkilərini müşahidə etməyə dəvət olunub
# 16 iyul 2007 13:07 (UTC +04:00)
Mərkəzi Seçki Komissiyasının (MSK) nümayəndələri avqustun 18-də Qazaxıstanda keçiriləcək parlament seçkilərini müşahidə etməyə dəvət olunublar. MSK-nın beynəlxalq əlaqələr şöbəsinin müdiri Rövzət Qasımovun APA-ya verdiyi məlumata görə, quruma müşahidəçiliklə bağlı Qazaxıstan Mərkəzi Seçki Komissiyasından, MDB-nin İcraiyyə Komitəsindən və ATƏT-in müşahidə missiyasından dəvətlər daxil olub. O, MSK üzvlərinin Qazaxıstana gedib-getməyəcəyi ilə bağlı hələlik qəti qərarın olmadığını bildirib. MSK təmsilçisi bu məsələnin növbəti ayda dəqiqləşəcəyini deyib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR