Bank Of Baku

Azərbaycan deputatları Şimali Kipr Türk Cümhuriyyətinin istiqlaliyyət bayramında iştirak edəcəklər

Azərbaycan deputatları Şimali Kipr Türk Cümhuriyyətinin istiqlaliyyət bayramında iştirak edəcəklər
# 17 iyul 2007 08:38 (UTC +04:00)
Azərbaycan Milli Məclisin üzvləri Qənirə Paşayeva və Həvva Məmmədova bu gün Şimali Kipr Türk Cümhuriyyətinə (ŞKTC) yola düşüblər. Q. Paşayevanın APA-ya verdiyi məlumata görə, səfər ŞKTC parlamentinin spikeri Fatma Ekenoğlunun dəvəti ilə həyata keçir. Deputatlar ŞKTC-nin ən önəmli bayramı olan Sülh və İstiqlaliyyət Bayramının 33-cü ildönümündə iştirak edəcəklər. İyulun 18-19-da onları ŞKTC rəsmiləri prezident Mehmet Əli Talat, parlamentin sədri Fatma Ekenoğlu, baş nazir Ferdi Səbri Soyer, baş nazirin müavini, xarici işlər naziri Turqay Avcı qəbul edəcək. Azərbaycan deputatlarının Türk Ticarət Odası və Türk Sənaye Odasında da görüşləri nəzərdə tutulur. İyulun 20-də isə onlar bayramla əlaqədar keçiriləcək rəsmi dövlət tədbirlərində iştirak edəcəklər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR