Bank Of Baku

Azərbaycan deputatları Türkiyədə keçiriləcək parlament seçkilərini izləyəcəklər

Azərbaycan deputatları Türkiyədə keçiriləcək parlament seçkilərini izləyəcəklər
# 17 iyul 2007 08:41 (UTC +04:00)
İyulun 22-də Türkiyədə keçiriləcək növbədənkənar parlament seçkilərini izləyəcək Avropa Şurası Parlament Assambleyasının (AŞPA) missiyasına Azərbaycan Millət Məclisinin 3 üzvü də daxildir. Bunlar AŞPA-da müxtəlif qrupları təmsil edən Qənirə Paşayeva, Rafael Hüseynov və Gültəkin Hacıyevadır. Qənirə Paşayevanın APA-ya verdiyi məlumata görə, 40 nəfərə yaxın üzvü olan missiya iyulun 21-23-də Türkiyədə olacaq. Seçki günündən əvvəl missiya üzvləri seçkilərdə iştirak edən bütün əsas partiyaların rəhbərləri ilə görüşəcək, Türkiyə Böyük Millət Məclisinin sədri Bülənd Arınc, xarici işlər naziri Abdulla Gül onları qəbul edəcək. Seçkilərdən sonra - iyulun 23-də isə AŞPA missiyası mətbuat konfransı keçirərək açıqlama yayacaq. Qənirə Paşayeva seçkilərin gedişini Ankarada izləyəcəyini də deyib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR