Bank Of Baku

İFES-in keçirdiyi sorğuda respondentlərin 85 faizi prezident İlham Əliyevə etibar etdiyini bildirib

İFES-in keçirdiyi sorğuda respondentlərin 85 faizi prezident İlham Əliyevə etibar etdiyini bildirib
# 17 iyul 2007 09:59 (UTC +04:00)
Sorğuya qatılanların 51 faizi şəhər, 49 faizi kənd əhalisi olub. Sorğuda iştirak edən respondentlərin 52 faizi ölkədəki ümumi vəziyyətdən razı olduğunu bildirib. 2003-cü ildə keçirilən analoji sorğuda bu göstərici 31%, iki sonra keçirilən sorğuda isə 48 faiz təşkil edib. Respondentlərin 60 faizi mövcud iqtisadi vəziyyəti yaxşı qiymətləndirib ki, bu da 2005-ci ildə qeydə alınan göstəricidən 12 faiz çoxdur (2003-cü ildə 27 faiz). Sorğu seçki hüququ olan əhalinin 66 faizinin siyasət və hökumətin işinə maraq göstərdiyini üzə çıxarıb. İFES-in sorğusuna qatılanların 64 faizi aktiv seçicilərdir, hər üç respondentdən ikisi anket dolduran zaman Milli Məclisə seçkilərdə iştirak etdiyini bildirib. Sorğu iştirakçılarının 12 faizi həmin seçkilərin beynəlxalq standartlara tamamilə, 32 faizi əsasən, 21 faizi müəyyən qədər cavab verdiyini, 8 faizi isə tamamilə cavab vermədiyini qeyd edib. Sosioloji sorğu prezident İlham Əliyevin cəmiyyət arasında dayaqlarının güclü olduğunu üzə çıxarıb. İFES-in keçirdiyi sorğuya qatılan vətəndaşların 60 faizi Azərbaycan prezidentinə tamamilə, 25 faizdən çoxu isə hər halda etibar etdiyini deyib. Orduya tamamilə etibar edənlər 38 faiz, hər halda etibar edənlər isə 37 faiz təşkil edib. Sorğu zamanı cəmiyyətin siyasi partiyalara münasibəti də öyrənilib. Respondentlərin 33 faizi siyasi partiyalar içərisində Yeni Azərbaycan Partiyasının insanların maraqlarını daha yaxşı əks etdirdiyini düşünür. Sorğuya qatılanların 4 faizi Müsavata, 1 faizi isə AXCP-yə üstünlük verdiyini deyib. Qeyd edək ki, beynəlxalq qeyri-hökumət təşkilatı olan İFES Azərbaycanda 1997-ci ildən fəaliyyət göstərir. Bu təşkilat əsasən seçki sistemləri sahəsində ixtisaslaşıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR