Bank Of Baku

Rusiya Federasiyasının “Dostluq” ordeni Murtuz Ələsgərova təqdim olunub

Rusiya Federasiyasının “Dostluq” ordeni Murtuz Ələsgərova təqdim olunub
# 17 iyul 2007 11:57 (UTC +04:00)
Milli Məclisin (MM) sabiq sədri, deputat Murtuz Ələsgərov Rusiya Federasiyasının “Dostluq” ordeni ilə təltif edilib. Parlamentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, bu gün Milli Məclisdə orden M. Ələsgərova təqdim olunub. MM sədrinin birinci müavini Ziyafət Əsgərov Azərbaycanla Rusiya arasında əlaqələrin inkişafındakı xidmətlərinə görə Rusiya prezidenti Vladimir Putinin M. Ələsgərovu “Dostluq” ordeni ilə təltif etdiyini deyib. Rusiyanın Azərbaycandakı səfiri Vasili İstratov qarşılıqlı münasibətlərin bütün sahələrdə inkişafında və möhkəmlənməsində M. Ələsgərovun xidmətlərinin ölkəsində yüksək qiymətləndirildiyini bildirib. M. Ələsgərov Azərbaycan prezidenti İlham Əliyev tərəfindən “İstiqlal”, Rusiya prezidenti Vladimir Putin tərəfindən isə “Dostluq” ordeni ilə təltif olunmasını ona göstərilən yüksək diqqət və qayğının, xidmətlərinə verilən qiymətin təzahürü kimi dəyərləndirib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR