Bank Of Baku

“Təkpartiyalı sistemdən çoxpartiyalı sistem keçid” mövzusunda dəyirmi masa keçirilib

“Təkpartiyalı sistemdən çoxpartiyalı sistem keçid” mövzusunda dəyirmi masa keçirilib
# 17 iyul 2007 12:04 (UTC +04:00)
Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) təşəbbüsü ilə “Təkpartiyalı sistemdən çoxpartiyalı sistem keçid” mövzusunda dəyirmi masa keçirilib. APA-nın məlumatına görə, AMİP sədri Ayaz Rüstəmov bildirib ki, AMİP 1992-ci ilin 3-4 iyulunda təsis qurultayını keçirib və iyulun 16-da dövlət qeydiyyatına alınıb: “Bununla da Azərbaycanda çoxpartiyalı sistemin əsası qoyuldu”. Millət vəkili Əli Məsimov AMİP-in 15 il ərazində intellektual potensialı öz ətrafında birləşdirmiş partiya kimi tanındığını deyib. Millət vəkili Vahid Əhmədovun fikrincə, Azərbaycandakı kiçik partiyaların tədricən sıradan çıxması prosesi başlamalıdır. Tərəqqi Partiyasının sədri Çingiz Dəmiroğlu müxalifət partiyalarını birliyə səsləyib. Ədalət Partiyasının sədri, deputat İlyas İsmayılov AMİP-i özündə güc taparaq, indiyə qədərki fəaliyyətini təhlil etməyə çağırıb. Böyük Quruluş Partiyasının başqanı, deputat Fazil Qəzənfəroğlu AMİP-i “böyük şansları olan siyasi qurum” adlandırıb. Millət vəkili Pənah Hüseyn AMİP-in çağdaş tariximizin dövlət qeydiyyatından keçmiş və strukturlaşmış ilk partiyası olduğunu bildirib. Müsavat başqanının müavini Arif Hacılı qeyd edib ki, AXC hakimiyyəti dövründə çoxpartiyalı sistemin formalaşması üçün ciddi addımlar atılıb. Tədbirə yekun vuran AMİP lideri Etibar Məmmədov tarixin unudulmaması üçün bu cür müzakirələrin faydalı olduğunu vurğulayıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR