Bank Of Baku

Yeni Zaman Partiyasının sədri Musa Ağayev mətbuat konfransı keçirib

Yeni Zaman Partiyasının sədri Musa Ağayev mətbuat konfransı keçirib
# 17 iyul 2007 12:16 (UTC +04:00)
Yeni Zaman Partiyasının (YZP) sədri Musa Ağayev partiyanın təsis qurultayının yekunları ilə bağlı mətbuat konfransı keçirib. APA-nın məlumatına görə, M. Ağayev bildirib ki, qurultayda 25 rayon təşkilatından 117 nümayəndə iştirak edib. onun sözlərinə görə, müxalifət yönümlü YZP sağ mərkəzçi partiya kimi fəaliyyət göstərəcək: “Siyasi partiyalarda partiya sədrinin özünü lider kimi təqdim etməsinin əleyhinəyəm. Ona görə mən də özümü lider kimi təqdim etməyəcəm”. Azərbaycanda milli ideologiyanın tam formalaşmadığını deyən M. Ağayev YZP-nin bu istiqamətdə fəaliyyət göstərəcəyini qeyd edib. O, Qərb dövlətlərini tənqid edərək, onların Azərbaycana neft prizmasından yanaşdığını deyib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR