Milli Məclisin İqtisadi siyasət daimi komissiyasının üzvü bu il enerji daşıyıcılarının qiymətində artım gözlənilmədiyini deyir
17 iyul 2007 14:56 (UTC +04:00)
APA-nın məlumatına görə, bu sözləri Milli Məclisin İqtisadi siyasət daimi komissiyasının üzvü Əli Məsimov deyib. Enerji daşıyıcılarının qiymətlərinin növbəti dəfə nə vaxt artırılacağı ilə bağlı konkret məlumatının olmadığını deyən Ə. Məsimov bu il qiymətlərin artırılmasının gözlənilmədiyini söyləyib: “Qiymətlərin gələn il artırılma ehtimalı da o qədər yüksək”. Ə. Məsmovun fikrincə, qiymətlər artırılmazdan əvvəl hökumət iki istiqamətdə qabaqlayıcı tədbirlər görməlidir. Bunlar qiymət artırılan sahələrdə islahatların aparılması və sosial müdafiə tədbirlərinin güclənməsidir. Millət vəkili əhalinin 20 faizinin yoxsulluq həddində yaşaması ilə bağlı dövlətin rəsmi məlumatının olduğunu qeyd edib: “Ona görə də ünvanlı sosial yardımı ən azı bu 20 faiz əhaliyə şamil olunmalıdır. Əgər bu məsələlərə kompleks yanaşılmasa, qiymətlərin artırılmasının heç bir effekti olmayacaq, islahatların inzibati üsullarla həyata keçirilməsi də müsbət nəticə verməyəcək. Bu məsələdə iqtisadi metodlardan istifadə olunmalıdır”. /APA/
Daxili siyasət
Hərbi quluqçulara verilən güzəştli ipoteka kreditlərinə dövlət maliyyə dəstəyi göstərəcək
15:32
7 sentyabr 2024
Naxçıvan Ali Məclisinə seçkilərə start verilib
08:03
1 sentyabr 2024
Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan İmaməddin Xəlilovu təbrik edib
09:41
31 avqust 2024
Dövlət Komissiyası: Bu günədək 613 şəxsə aid meyit qalıqları aşkar edilərək götürülüb
11:32
30 avqust 2024