Bank Of Baku

Yaqub Abbasov: “Aydın Quliyev özünü Açıq Cəmiyyət Partiyasının üzvü hesab etmirsə, onun bu seçiminə hörmətlə yanaşırıq”

Yaqub Abbasov: “Aydın Quliyev özünü Açıq Cəmiyyət Partiyasının üzvü hesab etmirsə, onun bu seçiminə hörmətlə yanaşırıq”
# 17 iyul 2007 15:28 (UTC +04:00)
“Siyasi partiyaya üzvlük könüllülük əsasında formalaşır. Aydın Quliyev özünü Açıq Cəmiyyət Partiyasının üzvü hesab etmirsə, biz onun bu seçiminə hörmətlə yanaşırıq”. Bu sözləri APA-ya açıqlamasında ACP-nin sədr müavini Yaqub Abbasov deyib. A. Quliyevin partiyanın heç bir işinə qatılmadığını bildirən Y. Abbasov onun partiyanın yaradılmasında yaxından iştirak etdiyini, amma sonradan geri çəkildiyini qeyd edib. Keçmiş partiyadaşının addımları və açıqlamaları barədə danışmaq istəmədiyini bildirən Y. Abbasov onun İdarə Heyətinin iclaslarına qatılmamasını da təbii qəbul edir: “Əgər iclaslara qatılmaq istəmirsə, bu onun öz işidir. Amma yaranmış bu qeyri-müəyyən vəziyyətə özü aydınlıq gətirsə, daha yaxşı olar”. A. Quliyevin ACP üzvü olmaması ilə bağlı açıqlamalarına baxmayaraq, Y. Abbasov onun İdarə Heyətinin iclaslarında iştirak edəcəyi halda bunu təbii qarşılacaqlarını qeyd edib. A. Quliyevin İdarə Heyətindəki yerinə yeni seçkinin olub-olmayacağına gəldikdə, Y. Abbasov buna ehtiyacın olmadığını qeyd edib: “Çünki partiyanın Nizamnaməsində İdarə Heyətinin neçə üzvünün olması konkret göstərilməyib. Ona görə də Aydın Quliyevin iclaslara qatılmaması boşluq kimi dəyərləndirilə bilməz”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR