Bank Of Baku

Elmar Məmmədyarov “Human Rights Watch” təşkilatının icraçı direktoru Kennet Rotu qəbul edib

Elmar Məmmədyarov “Human Rights Watch” təşkilatının icraçı direktoru Kennet Rotu qəbul edib
# 17 iyul 2007 15:32 (UTC +04:00)
Bu gün Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov “Human Rights Watch” təşkilatının icraçı direktoru Kennet Rotu qəbul edib. XİN-in Mətbuat Mərkəzindən APA-ya verilən məlumata görə, insan haqlarının qorunması istiqamətində aparılan işlər barədə qonağa məlumat verən E. Məmmədyarov Avropa və Avro-Atlantik strukturlara inteqrasiya kursunun Azərbaycanın xarici siyasətinin prioritet sahələrindən olduğunu qeyd edib. Beynəlxalq təşkilatlar çərçivəsində insan haqlarının müdafiəsi məsələlərində Azərbaycanın səmərəli əməkdaşlığını qeyd edən K. Rot ölkə qanunvericiliyində aparılan islahatları yüksək qiymətləndirib və bu sahədə səylərin davam etdirilməsinin zəruri olduğunu qeyd edib. Daha sonra E. Məmmədyarov Ermənistanın ölkəmizə qarşı apardığı işğalçılıq və etnik təmizləmə siyasəti nəticəsində bir milyona yaxın qaçqın və məcburi köçkünlərin ağır durumundan söz açıb. O, münaqişənin tezliklə həllinin vacib olduğunu qonağın diqqətinə çatdıraraq, öz torpaqlarından didərgin düşmüş insanların haqlarının müdafiə edilməsi üçün beynəlxalq təşkilatlar tərəfindən bu istiqamətdə səylərin artırılmasının zəruriliyini vurğulayıb. Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR