Bank Of Baku

Əli Məsimov: “Partiya quruculuğu prosesini başa çatdıra bilsək, prezident seçkilərində partiya kimi iştirak edəcəyik”

Əli Məsimov: “Partiya quruculuğu prosesini başa çatdıra bilsək, prezident seçkilərində partiya kimi iştirak edəcəyik”
# 17 iyul 2007 15:56 (UTC +04:00)
“Azərbaycan 12 illik siyasi mərhələni başa vurub. İndi ölkədə yeni bir siyasi mərhələ başlayıb və partiyalar bu dövrün tələblərini nəzərə almalıdırlar. Əks halda, müxalifətin fəaliyyəti indiki kimi davam edəcək”. APA-nın məlumatına görə, bunu “Yeni Siyasət” (“YeS”) blokunun üzvü, millət vəkili Əli Məsimov bildirib. Onun sözlərinə görə, partiyalar müasir dövrün tələblərinə adaptasiya olunmalı, modernləşməli, partiya quruculuğunda yuxarıdan yox, aşağıdan təşkilatlanmanı əsas götürməlidir: “Siyasi partiyalar xalqın problemlərinə daha həssaslıqla yanaşmalıdırlar. Bu kompleks tədbirlər həyata keçirilməyincə, müxalifətin zəifliyi ilə bağlı suallar aktual olacaq”. Hələlik “YeS”in fəaliyyətinin bərpa olunması barədə heç bir müzakirə aparılmadığını deyən Ə. Məsimov payızda bu məsələyə baxılacağını qeyd edib. Elan etdiyi Azad Demokratlar Birliyi Partiyasının quruculuq işinin ağır getdiyini deyən Ə. Məsimov buna görə də 2008-ci il prezident seçkilərində hansı formada iştirak edəcəklərinin müəyyən olmadığını bildirib: “Əgər partiya quruculuğu prosesini başa çatdıra bilsək, prezident seçkilərində partiya kimi iştirak edəcəyik. Bu baş verməsə, tərəfdarlarımızı başqa namizədləri dəstəkləməyə çağıracağıq. Bu sahədə heç bir dəqiqləşdirmə olmadığı üçün mən siyasi qoroskopla məşğul olub seçkilərlə bağlı fikir bildirmək istəmirəm”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR