Bank Of Baku

Yeni Zaman Partiyası prezident seçkilərində iştirak edəcək

Yeni Zaman Partiyası prezident seçkilərində iştirak edəcək
# 17 iyul 2007 15:58 (UTC +04:00)
“Yeni Zaman Partiyasının eks-prezident Ayaz Mütəllibovla heç br bağlılığı yoxdur. Partiya müstəqil fəaliyyət göstərəcək və indiyədək mövcud olan siyasi qurumların heç birinin əlavəsinə çevrilməyəcək”. APA-nın məlumatına görə, bunu bazar günü təsis olunmuş Yeni Zaman Partiyasının (YZP) sədri Musa Ağayev bu gün keçirdiyi mətbuat konfransında bildirib. O, təsisçisi olduğu “Yeni Zaman” qəzetində A. Mütəllibovun hüquqlarının daim qorunduğunu və bunun davam edəcəyini deyib: “Çünki biz Azərbaycanın ilk prezidentinin mühacir həyatı yaşamasını düzgün hesab etmirik. Onun Azərbaycana qayıtması hüququnun tanınması istiqamətində qəzet öz fəaliyyətini davam etdirəcək”. M. Ağayev həmçinin təsis etdiyi partiyanın 2008-ci ildə keçiriləcək prezident seçkilərində iştirak edəcəyini bildirib: “Amma seçkilərdə hansı formada iştirak edəcəyimizi hələ bilmirik. Hazırda bununla bağlı hər hansı müzakirə aparılmır. Bu mərhələdə yalnız təşkilatlanma işi ilə məşğul olacağıq”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR