Bank Of Baku

Ramil Usubov “Human Rights Watch” təşkilatının icraçı direktoru ilə görüşüb

Ramil Usubov “Human Rights Watch” təşkilatının icraçı direktoru ilə görüşüb
# 17 iyul 2007 16:47 (UTC +04:00)
Bu gün Azərbaycanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov “Human Rights Watch” Beynəlxalq İnsan Haqları Təşkilatının icraçı direktoru Kenet Rotu qəbul edib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, R. Usubov qonağa DİN-in strukturu və fəaliyyət istiqamətləri barədə məlumat verib. Nazir demokratik prinsiplərin həyata keçirilməsi, bu prinsiplərə söykənən qanunların qəbulu, Avropa dəyərlərinə əsaslanan cəmiyyətin formalaşdırılması istiqamətində bir sıra işlərin görüldüyünü və bu proseslərin daxili işlər orqanlarında da sürətlə getdiyini nəzərə çatdırıb. O, “Human Rights Watch” rəhbərliyinin həm müxalifət, həm də iqtidar nümayəndələri ilə görüşməsini müsbət qiymətləndirib. R. Usubov eyni zamanda ölkəmizdə insan hüquq və azadlıqlarının qorunmasının vəziyyəti ilə bağlı təşkilatın yaydığı son hesabatda yalnız bu quruma verilmiş neqativ faktların öz əksini tapdığını, polisin fəaliyyəti, jurnalist-polis və vətəndaş-polis münasibətləri ilə bağlı indiyədək görülən müsbət işlərin qeyd olunmadığını təəssüflə xatırladıb: “Bütün bunlar heç bir halda əsl həqiqəti ortaya çıxara bilməz”. Öz növbəsində K. Rot rəhbərlik etdiyi qurumun DİN-lə əməkdaşlıqda maraqlı olduğunu bildirib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR