Bank Of Baku

“Human Right Watsh”-un icraçı direktoru: “Həbsdə olan 7 jurnalistin azad edilməsi üçün 22 İyul - Mətbuat Günü ən gözəl fürsətdir”

“Human Right Watsh”-un icraçı direktoru: “Həbsdə olan 7 jurnalistin azad edilməsi üçün 22 İyul - Mətbuat Günü ən gözəl fürsətdir”
# 17 iyul 2007 17:10 (UTC +04:00)
APA-nın xəbərinə görə, K. Rot bildirib ki, rəhbəri olduğu təşkilat ölkəmiz müstəqillik qazanandan az sonra burada fəaliyyətə başlayıb. O, təşkilatın bütün ölkələrlə bağlı hesabatlarında mümkün qədər obyektiv və qərəzsiz olmağa çalışdığını deyib. İcraçı direktor iki gün ərzində Prezident İcra Aparatının rəhbəri, ədliyyə, daxili işlər, xarici işlər nazirləri və baş prokurorla görüşdüyünü bildirib. Qonaq deyib ki, onun Azərbaycana məhz indi səfər etməsi ölkəmizdə son zamanlar media azadlığını məhdudlaşdıran bəzi tədbirlərin görülməsi ilə bağlıdır. Onun sözlərinə görə, bu hal, o cümlədən jurnalistlərin həbsdə saxlanması təşkilatı narahat edir. K. Rot bildirib ki, hökumət nümayəndələri ilə danışıqlarda bu məqam, siyasi məhbus problemi, həbsdə olan şəxslərə işgəncə verilməsi məsələsi müzakirə edilib. Təşkilat rəhbəri jurnalistlərin həbsinin müzakirələrin əsasını təşkil etdiyini də vurğulayıb: “Hökumət nümayəndələri ilə görüşlərdə həbsdə olan 7 jurnalistin azadlığa buraxılmasını tövsiyə etdim. Azərbaycan dövlətinin media və söz azadlığına hörmətlə yanaşmaq barədə öhdəliyi var. Prinsipial olaraq Azərbaycan söz azadlığına sadiqdir. Lakin 7 jurnalistin həbsdə olması göstərir ki, söz azadlığına praktiki məhdudiyyətlər qoyulur. Hökumət nümayəndələri ilə görüşdə tövsiyə etdim ki, jurnalistlərin peşəkar fəaliyyətə görə cinayətə məsuliyyətinə cəlb edilməsinə moratorium elan edilsin. Jurnalistlər böhtan və təhqirə yol verdikləri halda cərimə olunmalıdır, həbs edilməli yox”.
K. Rot deyib ki, həbsdə olan 7 jurnalistin azad edilməsi üçün qarşıdan gələn 22 İyul - Mətbuat Günü ən gözəl fürsətdir: “Mən təklif etdim ki, Əfv Komissiyası həbsdə olan 7 jurnalistin azad edilməsi ilə bağlı prezidentə tövsiyə versin. Hesab edirəm ki, həbsdə olan bütün jurnalistlər azad edilməlidirlər. Bu, təkcə həbsdə olan jurnalistlərin yox, Azərbaycanın qələbəsi olacaq”. K. Rot mətbuat konfransında jurnalistlərə ola hücumların aradan qaldırılması ilə bağlı da hökumətə tövsiyələr verdiyini bildirib: “Baş verən hücumlar, xüsusilə də Elmar Hüseynovun qətli bizi narahat edir. Elmar Hüseynovun qətli tam və dolğun araşdırılmalıdır”.
Azərbaycanda işgəncə faktları ilə bağlı da hökumət nümayəndələri ilə müzakirələr apardığını deyən K. Rot deyib ki, baş prokuror onun xahişi ilə işgəncələrə bağlı məsuliyyətə cəlb edilən güc strukturlarının nümayəndələrinin siyahısını ona təqdim edib: “Biz hesab edirik ki, işgəncələrlə məşğul olan, bunu tətbiq edənlərin cinayət məsuliyyətinə cəlb edilməsi işgəncələrin yol verilməzliyi haqında cəmiyyətə mesaj göndərməkdir”. /APA/


1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR