Bank Of Baku

Alan Vaddams: “Fəaliyyət Planı çərçivəsində Avropa və Azərbaycan energetika sahəsində əməkdaşlığa başlayıb”

Alan Vaddams: “Fəaliyyət Planı çərçivəsində Avropa və Azərbaycan energetika sahəsində əməkdaşlığa başlayıb”
# 18 iyul 2007 10:11 (UTC +04:00)
APA-nın məlumatına görə, bu barədə Aİ Avropa Komissiyasının Azərbaycandakı xüsusi elçisi Alan Vaddams bildirib. Xüsusi elçi deyib ki, artıq energetika sahəsində islahatlar və bu sahəyə aid qanunvericiliyin Avropa standartlarına uyğunlaşdırılması işinə başlanılıb. O xatırladıb ki, Fəaliyyət Planı 5 il üçün nəzərdə tutulub və ola bilsin ki, onun müddəti uzadılsın. Diplomatın sözlərinə görə, bu sənəd əsasında tvininq (Avropada olan qurumlarla Azərbaycanda olan qurumların bir sahə seçərək, birlikdə həmin sahədə fəaliyyət göstərməsi) keçirilir.
Demokratiya sahəsində Aİ-nin Azərbaycana hansı yardım etdiyinə dair sualı cavablandıran A. Vaddams deyib ki, demokratiya və insan hüquqları bir gündə həll olunası məsələ deyil: “Demokratiyanı Azərbaycanın əvəzinə Avropa İttifaqı bərqərar etməməlidir, Azərbaycan özü buna gəlməlidir. Fəaliyyət Planında bu sahəyə xüsusi bölüm də ayrılıb”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR