Bank Of Baku

Mahmud Məmmədquliyev: “Avropa İttifaqı ilə azad ticarət sazişi yalnız Azərbaycan Ümumdünya Ticarət Təşkilatına üzv qəbul olunduqdan sonra bağlana bilər”

Mahmud Məmmədquliyev: “Avropa İttifaqı ilə azad ticarət sazişi yalnız Azərbaycan Ümumdünya Ticarət Təşkilatına üzv qəbul olunduqdan sonra bağlana bilər”
# 18 iyul 2007 10:24 (UTC +04:00)
“Azərbaycanın Avropaya inteqrasiyası və Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzv qəbul olunmasında ümumi faktorlar var”. Bu açıqlamanı jurnalistlərə xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev verib. O, Avropa İttifaqının Azərbaycan Ümumdünya Ticarət Təşkilatına üzvlüyünün məqbul saydığını bildirib: “Avropa İttifaqı ilə imzalanmış Fəaliyyət Planında da Ümumdünya Ticarət Təşkilatına aid olan məsələlər öz əksini tapıb. Eyni zamanda biz Avropa İttifaqı ilə Ümumdünya Ticarət Təşkilatına daxil olmaq üçün danışıqlar aparırıq. Bu iki proses bir birini tamamlayır. Biz bu iki prosesdən çox səmərəli istifadə etməliyik ki, həm Avropaya inteqrasiya edək, həm də Ümumdünya Ticarət Təşkilatının üzvü olaq”. M. Məmmədquliyev bildirib ki, Azərbaycan ÜTT-yə üzv olmayana qədər Avropa İttifaqı ilə azad ticarət sazişi bağlamaq məsələsini qaldıra bilməyəcək. “Avropa İttifaqı hesab edir ki, birinci növbədə Azərbaycan Ümumdünya Ticarət Təşkilatına üzv qəbul olmalı, daha sonra azad ticarət sazişi haqqında söhbət aparmalıdır. Bu məsələlər bir-biri ilə çox əlaqəlidir və bir-birini tamamlayır”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR