Bank Of Baku

İnsan haqları üzrə İşçi Qrup adından həbsdə olan jurnalistlərin azad edilməsi ilə bağlı Əfv Komissiyasına müraciət olunacaq

İnsan haqları üzrə İşçi Qrup adından həbsdə olan jurnalistlərin azad edilməsi ilə bağlı Əfv Komissiyasına müraciət olunacaq
# 18 iyul 2007 12:02 (UTC +04:00)
İşçi Qrupun üzvü, Demokratiya və İnsan Haqları Komitəsinin rəhbəri Çingiz Qənizadə APA-ya bildirib ki, Milli Məclisin binasında üç saata yaxın davam edən müzakirələrdə ölkədə insan haqlarının durumu, xəstə məhbuslar və həbsdə olan jurnalistlərlə bağlı məsələlər müzakirə edilib. Onun sözlərinə görə, İşçi Qrup adından Dövlət Əfv Komissiyasına həbsdə olan jurnalistlərin azad edilməsi barədə müraciət ünvanlanması məqsədəuyğun sayılıb: “Ümid edirik ki, yaxın zamanlarda həbsdə olan jurnalistlərlə bağlı humanist addım atılacaq”.
Hüquq müdafiəçiləri xəstə məhbusların azad edilməsi barədə də məsələ qaldırıblar: “Vəziyyəti son dərəcə ağır olan Fərrux Əliyev, Lətif Abbasov, Pərviz Məmmədov, Rasim Əkbərov, Müşfiq Mədətov və başqa məhbusların adlarını hökumət tərəfdən olan İşçi Qrup üzvlərinə təqdim edərək, onların azad edilməsini xahiş etdik”.
Toplantıda Qobustan qapalı həbsxanasında cəza çəkən, ömürlük cəzalarının 15 illik həbslə əvəzlənməsini tələb edən məhbuslarla da bağlı müzakirələr aparılıb.
İşçi Qrupun üzvləri qurumun bundan sonra da fəaliyyətini davam etdirməsinin vacibliyini qeyd ediblər: “Bildirildi ki, bundan sonra toplantılar daha intensiv keçirilsin”.
Qurumun növbəti iclasının sentyabrda keçirilməsi qərara alınıb. /APA/


1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR