Bank Of Baku

Rusiya səfirliyinin müşaviri: “İranın ABŞ-a və Qərbə hücum edəcəyinə inanan insanların əqli cəhətdən problemi var”

Rusiya səfirliyinin müşaviri: “İranın ABŞ-a və Qərbə hücum edəcəyinə inanan insanların əqli cəhətdən  problemi var”
# 18 iyul 2007 15:53 (UTC +04:00)
APA-nın məlumatına görə, bu fikirləri mətbuat konfransı keçirən Rusiyanın Azərbaycandakı səfirliyinin müşaviri Açaxmat Çekunov bəyan edib. Onun sözlərinə görə, ABŞ-ın raket hücumundan müdafiə sistemini Avropanı İran və Şimali Koreyadan gələn təhlükədən qorunmaq üçün quraşdırılması barədə fikirlər gülüncdür: “İranın ABŞ-a və Qərbə hücum edəcəyinə inanan insanın əqli cəhətdən problemi var. İran prezidentinin “İsraili yer üzündən silmək lazımdır” sözlərinin arxasında heç bir hərəkət durmur. Əgər ABŞ İrandan gələn təhlükədən qorxursa, Rusiyanın təklifini qəbul edərək Qəbələ radiolokasiya stansiyasının xidmətlərindən yararlanar. Rusiya bu stansiyanı modernləşdirməyə də hazırdır. ABŞ-a tikilməkdə olan “Voronej” tipli stansiyadan da birgə istifadəni təklif edirik, lakin ABŞ bütün təkliflərə “müzakirə etmək istəmirəm” cavabını verir. Deməli onların digər planları var, onların məqsəd və məramları başqadır. ABŞ-ın Çexiyada quraşdırmaq istəyən elementlər yalnız İrana istiqamətlənməyib, onlar həm də Rusiyanı görür. “Rusiya hər tərəfdən Amerika bazaları ilə əhatə olunub, bu bazalar həm Əfqanıstanda, həm İraqda yerləşdirilib”. ABŞ-ın Rusiyanı daim gərgin vəziyyətdə saxlamaq istədiyini deyən Çekunov bildirib ki, ABŞ Polşada raket hücumundan müdafiə kompleksi yerləşdirəcəyi təqdirdə Rusiya adekvat addımlar atmağa məcbur olacaq. /APA/











1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR