Bank Of Baku

Pənah Hüseyn: “Parlamentdə deputatların xüsusi qrupunun yaradılması üçün tələb olunan 25 rəqəminin 11-ə endirilməsini istəyirik”

Pənah Hüseyn: “Parlamentdə deputatların xüsusi qrupunun yaradılması üçün tələb olunan 25 rəqəminin 11-ə endirilməsini istəyirik”
# 19 iyul 2007 09:29 (UTC +04:00)
“Bizim Milli Məclis mədəniyyətimiz hələ formalaşmayıb. Ona gərə də, parlament düzgün idarə olunmur. Bizim kimi azsaylı deputatların isə prosesə təsir göstərmək imkanı yoxdur”. Bu sözləri APA-ya açıqlamasında “Müsavat” deputat qrupunun üzvü, millət vəkili Pənah Hüseyn deyib. “Müsavat” deputat qrupunun üzvlərinin parlament nümayəndə heyətlərinin tərkibində beynəlxalq tədbirlərə göndərilməməsini anormallıq kimi qiymətləndirən deputat bu günə kimi cəmi bir dəfə İltizam Əkbərlinin hansısa qrupun tərkibində ezamiyyətdə olduğunu deyib. P. Hüseyn bu məsələnin tənzimlənməsinin hüquqi bazasının olmadığını, kimin hansı beynəlxalq tədbirdə iştirak edib-etməyəcəyinin konkret olaraq spiker tərəfindən müəyyənləşdirildiyini bildirib: “Biz ezamiyyət həvəskarı deyilik. İndiyə kimi də bununla bağlı heç bir iddia ortaya qoymamışıq. Ancaq bu məsələ tənzimlənməlidir. Beynəlxalq tədbirlərdə siyasi görüşlərindən asılı olmayaraq bütün deputatlar iştirak etməlidirlər”. P. Hüseyn, həmçinin, parlamentdə müxalifdən olan, özünü müxalifətdə sayan, yaxud da müstəqil deputatların xüsusi qrupunu yaratmaq istədiklərini də bildirib. Onun sözlərinə görə, hazırkı qaydalara əsasən belə bir qrupun yaradılması üçün 25 deputat tələb olunur: “Biz bu qrupun yaradılması üçün tələb olunan say həddinin aşağı salınmasını istəyirik. Bunun üçün isə daxili nizamnamədə dəyişiklik edilməlidir. Biz istəyirik ki, təxminən 11 nəfərlik bir qrup olsun və bu rəsmən qeydə alınsın. Həmin qrupun üzvləri parlamentin rəhbərliyində, komissiyalarda və müxtəlif məruzələrin hazırlanmasında iştirak etsinlər”. Deputat bu istiqamətdə müəyyən daşıqların aparıldığını və 11 nəfərlik heyətin formalaşdırılmasının mümkün olduğunu deyib: “Şəxsən mən “müxalifətəm” deyənlərin hamısının həmin qrupa daxil edilməsinin tərəfdarıyam”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR