Sabah Aşqabadda Xəzərin hüquqi statusuna dair Türkmənistan- Azərbaycan danışıqları keçiriləcək

Sabah Aşqabadda Xəzərin hüquqi statusuna dair Türkmənistan- Azərbaycan danışıqları keçiriləcək
# 19 iyul 2007 10:33 (UTC +04:00)
Xarici İşlər Nazirliyindən APA-ya verilən məlumata görə, iyulun 20-də Xarici İşlər, Ədliyyə nazirlikləri və Dövlət Neft Şirkətinin ekspertlərindən ibarət işçi qrupu Türkmənistan xarici işlər nazirinin müavini, prezidentin Xəzər məsələləri üzrə nümayəndəsi Xoşgəldi Babayevin başçılıq etdiyi müvafiq işçi qrupu ilə Xəzərin hüquqi statusunun müəyyən olunmasına dair danışıqlar aparacaq. Qeyd edək ki, Azərbaycan Xəzəryanı ölkələr olan Rusiya və Qazaxıstanla Xəzərin statusuna dair razılıq əldə edib və müvafiq sənədlər imzalayıb. Digər Xəzəryanı dövlətlər İran və Türkmənistanla isə dənizin bölünməsinə dair fikir ayrılığı olduğundan hələlik sənəd imzalanması mümkün olmayıb. İkitərəfli razılaşmalar Xəzərin statusuna dair Konvensiyanın qəbul olunmasına əsas yaradır. Nümayəndə heyəti iyulun 21-də Bakıya qayıdacaq. /APA/








1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR