Bank Of Baku

Əli Əhmədov: “İFES-in keçirdiyi sorğu Azərbaycandakı ictimai-siyasi proseslərin nəticələrini obyektiv şəkildə əks etdirir”

Əli Əhmədov: “İFES-in keçirdiyi sorğu Azərbaycandakı ictimai-siyasi proseslərin nəticələrini obyektiv şəkildə əks etdirir”
# 19 iyul 2007 12:20 (UTC +04:00)
“ABŞ-ın Beynəlxalq Seçki Sistemləri Fondunun keçirdiyi növbəti rəy sorğusu ilə bağlı müxalifət tərəfindən səslənən ittihamlar əsassızdır. Müxalifət obyektiv olan nə varsa, onu inkar etməklə özünə heç də xoş olmayan imic formalaşdırıb”. APA-nın məlumatına görə, bu fikirləri Yeni Azərbaycan Partiyasının sədr müavini, partiyanın icra katibi Əli Əhmədov bildirib. Beynəlxalq təşkilatların adından səslənən bəyanatlara kifayət qədər ehtiyatla yanaşmağın lazım olduğunu deyən Ə. Əhmədov hesab edir ki, əgər həmin bəyanatlarda tənqid üçün əsas varsa, bu addımı atmaq olar: “İFES-in keçirdiyi sorğu və onun nəticələri Azərbaycandakı ictimai-siyasi proseslərin nəticələrini obyektiv şəkildə əks etdirir. Azərbaycan son bir neçə il ərzində sürətlə inkişaf edir. Təbii ki, bu inkişaf insanların hökumətin fəaliyyəti və Azərbaycandakı durumla bağlı dəyərləndirmələrinə təsir göstərməlidir. Bu təsir İFES-in apardığı sorğuda aşkara çıxıb. Azərbaycandakı dinamikaya fikir verdikdə görünür ki, sorğu maksimum obyektiv keçirilib və nəticələr də obyektivdir”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR