Bank Of Baku

Açıq Cəmiyyət Partiyası daha altı rayonda yerli təşkilat yaratmağa hazırlaşır

Açıq Cəmiyyət Partiyası daha altı rayonda yerli təşkilat yaratmağa hazırlaşır
# 19 iyul 2007 12:36 (UTC +04:00)
Açıq Cəmiyyət Partiyasının (ACP) daha 6 rayonda yerli təşkilatının yaradılması üçün təşəbbüs qrupu formalaşdırılıb. Partiya sədrinin müavini Yaqub Abbasvoun APA-ya verdiyi məlumata görə, havaların istiliyi və ölkədə siyasi proseslərin passivliyi ilə əlaqədar olaraq partiya rəhbərliyi indiki mərhələdə yerlərdə iş aparmağı daha məqsədəuyğun sayır. O, qurultay keçirilən zaman partiyanın 55 rayonda yerli təşkilatının olduğunu qeyd edib. Hazırda isə onların sayı 61-ə çatdırılıb. Y. Abbasov rayon təşkilatları ilə aparılan işin həm də 2008-ci il prezident seçkilərinə hazırlığın başlancığı olduğunu qeyd edib: “Yerli təşkilatlara seçkilərə hazırlıqlarla bağlı tapşırıqlar verilir, ideoloji iş aparılır. Eyni zamanda yerlərdə fəaliyyət göstərən digər partiyaların rayon təşkilatları ilə ACP-nin yerli qurumları arasında əlaqələr yaradılır. Mərkəzdə olmasa belə, yerlərdə müxalifət təşkilatlarının milli məsələlərdə bir araya gəlməsinə çalışırıq”. Y. Abbasov bəzi partiyaların liderləri ilə də danışıqların aparıldığını və ümumi məsələlərdə vahid mövqedən çıxış etməyin yollarını axtardıqlarını qeyd edib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR