Bank Of Baku

Əli Əhmədov: “2008-ci il prezident seçkilərində İlham Əliyevin qarşısına çıxacaq namizəd Azərbaycanın üfüqündə də yoxdur”

Əli Əhmədov: “2008-ci il prezident seçkilərində İlham Əliyevin qarşısına çıxacaq namizəd Azərbaycanın üfüqündə də yoxdur”
# 19 iyul 2007 12:40 (UTC +04:00)
Yeni Azərbaycan Partiyası (YAP) 2008-ci il prezident seçkilərinin konsepsiyasını hazırlayır. APA-nın məlumatına görə bu barədə partiya sədrinin müavini, icra katibi Əli Əhmədov məlumat verib. Onun sözlərinə görə, konsepsiyanın hazırlanması prosesi əsas etibarilə seçki situasiyasının dəyərləndirilməsi, konkret şəraitə uyğun strategiyaların seçilməsi, taktikaların müəyyənləşdirilməsi, seçki kampaniyasına cəlb ediləcək resursların qiymətləndirilməsi ilə əlaqədar proqramların müəyyənləşdirilməsindən ibarətdir. YAP-ın malik olduğu resursların prezident seçkiləri kampaniyasının uğurla keçirilməsini təmin edəcəyini bildirən Ə. Əhmədov beynəlxalq təşkilatlarla da bu sahədə əməkdaşlığın edildiyini qeyd edib. O, YAP-ın Beynəlxalq Respublikaçılar İnstitutunun yerli qurumu ilə bir sıra tədbirlər keçirdiyini, qadınların, gənclərin siyasi fəallığının yüksəldilməsi ilə bağlı tədbirlərin planlaşdırıldığını qeyd edib: “Həmçinin Milli Demokratiya İnstitutunun yerli ofisi ilə də YAP-ın bu səpgili bir neçə tədbirləri keçirilib və keçiriləcək. Bir daha bəyan etmək istəyirəm ki, YAP seçki kampaniyasını yüksək səviyyədə təşkil etməkdən ötrü istənilən beynəlxalq təşkilatla əməkdaşlığa hazırdır”. Seçkilər ərəfəsində ölkə prezidentinin öz ətrafında yeni komanda formalaşdıracağı ilə bağlı mətbuatda getmiş məlumatlara gəldikdə, Ə. Əhmədov bunu doğru saymır: “Prezidentin çox sıx, səmərəli və sadiq bir komandası var. Bu komanda ilə seçkilər təşkil olunacaq. Bu tipli yazılar müxtəlif məqsədlər güdən qüvvələrin uydurmalarından başqa bir şey deyil”. Ə. Əhmədov bir daha bəyan edib ki, “2008-ci il prezident seçkilərində İlham Əliyevin qarşısına çıxacaq namizəd Azərbaycanın üfüqündə də yoxdur”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR