Bank Of Baku

Ann Dersi: “Vaşinqtonda keçirilən məsləhətləşmələr təhlükəsizlik sahəsində əməkdaşlığı gücləndirmək məqsədi daşıyıb”

Ann Dersi: “Vaşinqtonda keçirilən məsləhətləşmələr təhlükəsizlik sahəsində əməkdaşlığı gücləndirmək məqsədi daşıyıb”
# 19 iyul 2007 13:20 (UTC +04:00)
“Biz Azərbaycanla bir çox sahələri əhatə edən məsələlər barədə əməkdaşlığımızı gücləndirmək məsələsi üzərində işləmişik. Fevral ayında biz yeni iqtisadi dialoqa başlamışıq. Ötən ilin dekabr ayında Azərbaycana səfər edən insan hüquqları və demokratiya məsələləri ilə məşğul olan ABŞ dövlət katibinin köməkçisi Barri Lovenkronun səfəri yeni müzakirələrin başlamasına təkan olub. Eləcə də enerji əməkdaşlığı sahəsində də memorandum imzalamışıq. Bu sahədə də əməkdaşlığımızı gücləndirməyə qərar vermişik”. APA-nın xəbərinə görə, bu barədə jurnalistlərə açıqlamasında ABŞ-ın Azərbaycandakı səfiri xanım Ann Dersi bildirib. O, Vaşinqtonda keçirilən məsləhətləşmələrin təhlükəsizlik sahəsində əməkdaşlığı gücləndirmək məqsədi daşıdığını vurğulayıb: “Bu sahədə əməkdaşlıq artıq 10 ildən bəridir ki, aparılır. İndi məqsəd bu əməkdaşlığın daha yüksək səviyyəyə qaldırılmasıdır. Hər iki tərəfdən çox yüksək səviyyədə nümayəndə heyəti iştirak edib. Bu müzakirələrdə bizim təhlükəsizlik sahəsindəki bütün məsələlər haqqında danışıldı”. Səfirin bildirdiyinə görə, buraya hərbi, eləcə də Xəzərdə sərhədlərin qorunması və kütləvi qırğın silahlarının yayılmasının qarşısının alınması kimi müxtəlif məsələlərin müzakirəsi aiddir: “Biz bu məsələlərdə əməkdaşlığımızın necə olacağını müzakirə etdik. Paylaşdığımız maraqlardan çıxış edərək, onların gələcəkdə gücləndirilməsi variantlarını müzakirə edirik. ABŞ hesab edir ki, bu danışıqlar çox uğurlu olub və biz gələn ilin iyulunda bu danışıqları davam etdirməyi səbirsizliklə gözləyirik”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR