Bank Of Baku

Venesiya Komissiyası: “Əlcəzairin Venesiya Komissiyasının işində iştirak etməsi mədəniyyətlərarası dialoqun bir hissəsi olmalıdır”

Venesiya Komissiyası: “Əlcəzairin Venesiya Komissiyasının işində iştirak etməsi mədəniyyətlərarası dialoqun bir hissəsi olmalıdır”
# 19 iyul 2007 14:04 (UTC +04:00)
“2002-ci ildən etibarən Venesiya Komissiyası genişləndirilmiş razılaşma adlandırılır. Bu o deməkdir ki, Avropa Şurasına üzv olan ölkələr avtomatik olaraq Venesiya Komissiyasının üzvü olur. Avropa Şurasının üzvü olmayan ölkələr isə yalnız Avropa Şurası Nazirlər Komitəsinin dəvəti ilə Venesiya Komissiyasının üzvü ola bilərlər”. Bu açıqlamanı APA-ya Venesiya Komissiyasından veriblər. Qurum AŞ Nazirlər Komitəsinin Avropa Şurasına üzv olmayan Əlcəzairi Venesiya Komissiyasına üzvlüyə dəvət etməsinə aydınlıq gətirib: “Qırğızıstan 2004-cü ildən Komissiyanın ilk qeyri-Avropa dövləti olan üzvüdür. Venesiya Komissiyasının işinin əsasını təşkil edən Avropa Şurası dəyərləri universaldır və təşkilatın nizamnaməsinə uyğun olaraq Venesiya Komissiyasının əsas vəzifələrindən biri də demokratiya, insan haqları və qanunun aliliyi kimi fundamental dəyərləri digər qitələrdə yaymaqdır. Əlcəzair Venesiya Komissiyası ilə əməkdaşlığa xüsusi maraq göstərib və bu dövlətin Venesiya Komissiyasının işində iştirak etməsi Avropa Şurası tərəfindən təlqin edilən mədəniyyətlərarası dialoqun bir hissəsi olmalıdır. 2005-ci ildə Çili də Venesiya Komissiyaya üzv olub və bu qurumun üzvü olan ikinci qeyri-Avropa dövlətidir. Əlcəzairdən bir neçə həftə öncə Mərakeş də Venesiya Komissiyasına üzv olmağa dəvət edilib”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR