Bank Of Baku

Millət vəkilləri Qənirə Paşayeva və Həvva Məmmədova Şimali Kipr Türk Cümhuriyyətinin prezidenti və baş naziri ilə görüşüblər

Millət vəkilləri Qənirə Paşayeva və Həvva Məmmədova Şimali Kipr Türk Cümhuriyyətinin prezidenti və baş naziri ilə görüşüblər
# 19 iyul 2007 14:41 (UTC +04:00)
Millət vəkilləri Qənirə Paşayeva və Həvva Məmmədova bu gün digər ölkələrin parlament nümayəndələri ilə birlikdə Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) prezidenti Mehmet Əli Tələt, parlamentin sədri Fatma Ekenoğlu, baş nazir Fərdi Səbri Soyer, baş nazirin müavini, xarici işlər naziri Turqay Avcı tərəfindən qəbul ediliblər. Q. Paşayevanın APA-ya verdiyi məlumata görə, Kıbrısın ən önəmli bayramı olan Sülh və İstiqlaliyyət Bayramının 33-cü ildönümündə iştirak etmək üçün İtaliya, Almaniya, İordaniya, İndoneziya, Makedoniya və Pakistanın parlament üzvləri bu ölkəyə gəlib. Kıbrıs rəsmiləri ilə keçirilən görüşlərdə ölkənin referendumdan sonrakı vəziyyəti, referendumdan əvvəl beynəlxalq təşkilatlar tərəfindən verilən vədlərə əməl olunmaması barədə müzakirələr aparılıb. Bu gün deputatlarımız Kıbrısın əsas televiziya kanallarında görüşlər keçirəcək, çıxışlar edəcək. Deputatın sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı xüsusi proqram hazırlanıb: “Orada Azərbaycan həqiqətlərini dünyaya çatdıracağıq”. Millət vəkilləri xarici ölkələrin millət vəkilləri ilə ikitərəfli görüşlər keçirib, Qarabağla bağlı kitablar təqdim ediblər. Sabah xarici deputatlar, o cümlədən Azərbaycan Milli Məclisin üzvləri Sülh və İstiqlaliyyət Bayramının 33-cü ildönümünə həsr olunmuş tədbirlərdə iştirak edəcəklər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR