Bank Of Baku

Əli Həsənov: “Əfv Komissiyası Mətbuat Şurasının jurnalistlərin əfv olunması ilə bağlı müraciətinə baxır”

Əli Həsənov: “Əfv Komissiyası Mətbuat Şurasının jurnalistlərin əfv olunması ilə bağlı müraciətinə baxır”
# 19 iyul 2007 14:52 (UTC +04:00)
APA-nın məlumatına görə, bu sözləri Prezident Aparatı İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənov deyib. Dövlət rəsmisi bildirib ki, jurnalistlər əfv üçün müraciət etməyibsə, onların islah edildiyinə heç bir təminat yoxdur. Şöbə müdiri Mətbuat Şurasının həbsdə olan jurnalistlərin azadlığa buraxılması ilə bağlı müraciətinin Əfv Komissiyasına daxil olduğunu da deyib: “Hazırda bu məsələ müzakirə olunur. Hansı qərar qəbul olunacağını, ilk növbədə, Əfv Komissiyası müəyyən edəcək. Ölkə başçısı qısa müddətli məzuniyyətdən qayıdandan sonra isə bu barədə ona məruzə olunacaq”. Nəcəf Nəcəfov Fondunun mətbuat orqanlarının əksəriyyətinin iqtidaryönlü olması ilə bağlı gəldiyi nəticəyə münasibət bildirən Ə. Həsənov bu bölgünün şərti olduğunu deyib: “Bu fond iqtidar qəzeti deyəndə nəyi nəzərdə tutub? Azərbaycan hökumətinin, Milli Məclisinin və digər qurumların təsis etdikləri mətbuat orqanlarını nəzərdə tutulursa, mən buna şübhə ilə yanaşıram. Qəti əminəm ki, həmin qəzetlərdə kiminsə ünvanına nə təhqir söylənilir, nə də ki, böhtan atılır. Əgər müxalifət mətbuatından kənarda mövcud olan bütün mətbuata iqtidar mətbuatı deyirlərsə, mən bu fakta da şübhə edirəm. Düşünürəm ki, bu dəqiqləşdirilməlidir. Ümumi söz informasiya mənbəyi ola bilməz”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR