Bank Of Baku

Kiyevdə GUAM-Kanada əməkdaşlığının perspektivləri müzakirə olunub

Kiyevdə GUAM-Kanada əməkdaşlığının perspektivləri müzakirə olunub
# 19 iyul 2007 15:09 (UTC +04:00)
Bu gün Demokratiya və İqtisadi İnkişaf Uğrunda beynəlxalq təşkilat GUAM-ın baş katibi Valeri Çeçelaşvili Kanadanın Ukraynadakı səfiri xanım Abayna M. Dann ilə görüşüb. APA-nın diplomatik mənbələrə istinadən yaydığı məlumata görə, V.Çeçelaşvili kanadalı səfirə GUAM-ın Bakı sammitinin nəticələri, Azərbaycanın bu quruma sədrliyi dövründə prioritetləri, məqsəd və vəzifələri barədə məlumat verib. Tərəflər GUAM-Kanada əməkdaşlığının perspektivlərini də müzakirə edib. Bir gün öncə isə V. Çeçelaşvili Böyük Britaniyanın Ukraynadakı səfiri Timoti Barrou ilə analoji görüş keçirib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR