Bank Of Baku

İsa Qəmbər: “Dağlıq Qarabağ probleminin həlli ilə bağlı indiki məqamda hər cür ictimai fəallığa ehtiyac var”

İsa Qəmbər: “Dağlıq Qarabağ probleminin həlli ilə bağlı indiki məqamda hər cür ictimai fəallığa ehtiyac var”
# 19 iyul 2007 15:59 (UTC +04:00)
“Dağlıq Qarabağ probleminin həlli ilə bağlı indiki məqamda hər cür ictimai fəallığa ehtiyac var və kütləvi aksiyaların keçirilməsi də məqsədəuyğundur”. Bu fikirləri APA-ya açıqlamasında Müsavat Partiyasının başqanı İsa Qəmbər bildirib. O, Qarabağın hüquqi cəhətdən itirilməsi ilə bağlı təhlükə yaranacağı halda Müsavat Partiyasının kütləvi aksiyalar keçirmək üçün konkret addımlar atacağını qeyd edib: “Qondarma erməni hərbi polis rejimi Dağlıq Qarabağda qondarma seçki keçirir və bu, Azərbaycan cəmiyyətində hiddətlə qarşılanır. Ona görə də bu cəmiyyət, bu xalq Qarabağın hüquqi cəhətdən itirilməsi ilə, hər hansı təslimçi sazişinin imzalanması ilə heç vaxt barışmayacaq”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR