İsa Qəmbər: “Müxalifətin Məşvərət Məclisi deyilən bir qurum yoxdur”

İsa Qəmbər: “Müxalifətin Məşvərət Məclisi deyilən bir qurum yoxdur”
# 19 iyul 2007 16:12 (UTC +04:00)
“Bir neçə partiyanın lideri bir araya gəlib bir stəkan çay içərək ölkədəki vəziyyəti müzakirə edirsə, demokratik qüvvələrlə mümkün əməkdaşlıq formatları barədə fikir mübadiləsi aparılırsa, bu o demək deyil ki, Məşvərət Məclisi mövcuddur. Müxalifətin Məşvərət Məclisi deyilən bir qurum yoxdur”. APA-nın məlumatına görə, bu fikirləri Müsavat Partiyasının başqanı İsa Qəmbər Müxalifətin Məşvərət Məclisinin yaradılacağı ilə bağlı mətbuatda gedən məlumatlara münasibət bildirərkən deyib. O, hələlik heç bir formatın və qurumun formalaşmadığını vurğulayıb: “Bu müzakirələrin sonunda nə yaranacaq, nə yaranmayacaq, bunu zaman göstərəcək. Bizim konkret bir qərarımız yoxdur”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR