Bank Of Baku

Vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün keçirilən test imtahanında müvəffəqiyyət qazananlarla söhbət mərhələsi başa çatıb

Vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün keçirilən test imtahanında müvəffəqiyyət qazananlarla söhbət mərhələsi başa çatıb
# 20 iyul 2007 09:07 (UTC +04:00)
Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən 23 iyun tarixində 15 dövlət orqanında vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün keçirilən test imtahanında müvəffəqiyyət qazanaraq müsabiqənin ikinci mərhələsinə buraxılan 96 namizədlə keçirilən söhbət mərhələsi başa çatıb. Komissiyadan APA-ya bildirilib ki, söhbət mərhələsi Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın və vakant dövlət qulluğu vəzifələri olan müvafiq dövlət orqanlarının nümayəndələrinin iştirakı ilə keçirilib. Söhbət mərhələsinin nəticələrinə əsasən 26 namizəd iddia etdiyi vəzifəyə uyğun hesab edilərək təyin edilmək üçün dövlət orqanlarının (Maliyyə Nazirliyi - 6 nəfər, İqtisadi İnkişaf Nazirliyi - 4 nəfər, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi - 3 nəfər, Ekologiya və Təbii Sərvətlər Nazirliyi - 2 nəfər, Səhiyyə Nazirliyi - 1 nəfər, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi - 6 nəfər, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası - 1 nəfər, Dövlət Sosial Müdafiə Fondu - 1 nəfər, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi - 1 nəfər, Dövlət Statistika Komitəsi - 1 nəfər) rəhbərliyinə təqdim edilib. Vakant dövlət qulluğu vəzifələrinin tutulması üzrə növbəti müsabiqənin avqust ayının ikinci yarısında elan olunması planlaşdırılır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR