Bank Of Baku

Qənirə Paşayeva və Həvva Məmmədova Şimali Kiprin “Gənc TV” kanalında Qarabağ həqiqətlərindən danışıblar

Qənirə Paşayeva və Həvva Məmmədova Şimali Kiprin “Gənc TV” kanalında Qarabağ həqiqətlərindən danışıblar
# 20 iyul 2007 13:39 (UTC +04:00)
Şimali Kipr Türk Cümhuriyyətində (ŞKTC) səfərdə olan Milli Məclisin üzvləri Qənirə Paşayeva və Həvva Məmmədova “Gənc TV” kanalında Qarabağ probleminə həsr olunmuş verilişdə iştirak ediblər. Qənirə Paşayeva APA-ya bildirib ki, onlar münaqişə haqqında həqiqətləri Şimali Kipr ictimaiyyətinə çatdırıblar. Bundan başqa, Q. Paşayeva və H. Məmmədova ŞKTC-nin Sülh və İstiqlaliyyət Bayramının 33-cü ildönümünə həsr olunmuş canlı yayımda da iştirak ediblər. Bu tədbirdə Türkiyənin baş nazirinin müavini Əbdüllətif Şenər də iştirak edib.
Bu gün Azərbaycan deputatları ŞKTC-nin eks-prezidenti Rauf Denktaş və keçmiş xarici işlər naziri, Demokrat Partiyasının sədri Sərdar Denktaşla görüşlər keçiriblər. Q. Paşayeva həmçinin bildirib ki, onları bayram tədbirlərində iştirak etmək üçün ŞKTC-yə dəvət etmiş bu ölkənin parlamentinin sədri Fatma Ekenoğlu ilə bu axşam görüşəcəklər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR