Bank Of Baku

AMİP Dağlıq Qarabağda keçirilən “prezident seçkiləri” ilə bağlı bəyanat yayıb

AMİP Dağlıq Qarabağda keçirilən “prezident seçkiləri” ilə bağlı bəyanat yayıb
# 20 iyul 2007 14:37 (UTC +04:00)
Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) qondarma “Dağlıq Qarabağ Respublikası”nda dünən keçirilən “prezident seçkiləri” ilə bağlı bəyanatla çıxış edib. Partiyanın mətbuat xidmətindən APA-ya daxil olan bəyanatda bu addımla işğalçı rejimin beynəlxalq hüquq normalarına və beynəlxalq ictimaiyyətin təpkilərinə sayğısızlıq göstərməsinin bir daha sübut olunduğu bildirilib. Bu “seçkilər”in keçirilməsini həm də Azərbaycan hakimiyyətinin zəifliyi ilə əlaqələndirən partiya iqtidarın güzəşt mövqeyi nəticəsində Azərbaycanın ərazi bütövlüyünün real təhlükə qarşısında qaldığını bildirib. AMİP Dağlıq Qarabağda keçirilən “seçkiləri” qətiyyətlə pisləyib və bu seçkiləri Azərbaycanın suveren hüquqlarına, eləcə də ərazi bütövlüyünə ermənilər tərəfindən növbəti qəsd kimi qiymətləndirib: “Partiya ölkə iqtidarından Azərbaycanın ərazi bütövlüyünün və vətəndaşların təhlükəsizliyinin təmin edilməsi üçün beynəlxalq hüquq normalarına müvafiq olaraq ciddi addımlar atılmasını tələb edir. Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə məşğul olan ATƏT-in Minsk Qrupunun fəaliyyətini səmərəsiz hesab edən AMİP hərbi-siyasi yola üstünlük verilməsini zəruri sayır”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR