Bank Of Baku

Azərbaycanın xarici işlər naziri Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsini qəbul edib

Azərbaycanın xarici işlər naziri Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsini qəbul edib
# 20 iyul 2007 15:51 (UTC +04:00)
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat Mərkəzindən APA-ya verilən məlumata görə, E. Məmmədyarov Avropa və Avro-Atlantik strukturlara inteqrasiya kursunun Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən olduğunu qeyd edərək, ölkəmizin bütün beynəlxalq təşkilatlarla, o cümlədən Avropa İttifaqı ilə münasibətlərin genişləndirilməsində maraqlı olduğunu vurğulayıb. Nazir Avropanın bir hissəsi olmaq istəyən Ermənistanın ölkəmizə qarşı apardığı işğalçılıq və etnik təmizləmə siyasətinin davam etdirməsinin yolverilməz olduğunu diqqətə çatdıraraq, münaqişənin beynəlxalq hüququn norma və prinsipləri əsasında və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsinin vacibliyini vurğulayıb. O, münaqişənin tezliklə həll edilməsi, qaçqın və məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtması və regionda təhlükəsizliyin möhkəmləndirilməsi üçün Ermənistan rəhbərliyinin siyasi iradə nümayiş etdirməsinin zəruriliyini qeyd edib. P. Semnebi Azərbaycanla Aİ arasında qarşılıqlı faydalı əməkdaşlıqdan söz açaraq, mətbuat nümayəndələrinin peşəkarlığının artırılması üçün müvafiq kurs və seminarların təşkil edilməsi barədə Azərbaycan hökumətinin təşəbbüsünü razılıqla qarşılayıb, təmsil etdiyi təşkilatın bu istiqamətdə də Azərbaycanla sıx əməkdaşlıq etməkdə maraqlı olduğunu diqqətə çatdırıb. Tərəflər Ermənistan-Azərbaycan münaqişəsinin həllinə yönəlmiş danışıqlar prosesi, regionda enerji təhlükəsizliyi və bu sahədə əməkdaşlığın genişləndirilməsi məsələləri ətrafında müzakirələr aparıblar. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR