Bank Of Baku

Azərbaycanda səfərdə olan Piter Semnebi hüquq müdafiəçiləri, QHT rəhbərləri və KİV nümayəndələri ilə görüşüb

Azərbaycanda səfərdə olan Piter Semnebi hüquq müdafiəçiləri, QHT rəhbərləri və KİV nümayəndələri ilə görüşüb
# 21 iyul 2007 11:11 (UTC +04:00)
APA-nın xəbərinə görə, görüşdə mətbuatın durumu, ölkədə insan haqlarının vəziyyəti ilə bağlı müzakirələr aparılıb. Görüşdə iştirak edən “Gündəlik Azərbaycan” qəzetinin şef-redaktoru Şahvələd Çobanoğlu APA-ya bildirib ki, müzakirələrdə medianın durumuna xüsusi diqqət ayrılıb: “Əvvəlki görüşlərdən fərqli olaraq, avropalı qonaqlar Azərbaycanda medianın durumu barədə daha çox məlumatlıdırlar. Onlar həbsdə olan yeddi jurnalistin azad edilməsinə ən vacib məsələ kimi baxırlar. Biz qeyd etik ki, həbsdə olan jurnalistlərin azad edilməsi ilə yanaşı, medianın durumuna da diqqət ayrılmalıdır”.
Ş. Çobanoğlu deyib ki, P. Semnebi hakimiyyət nümayəndələri ilə görüşlərində yeddi jurnalistin azad edilməsi ilə bağlı məsələ qaldırıb.
Hüquq müdafiəçisi Səidə Qocamanlı isə APA-ya bildirib ki, görüşdə P. Semnebinin Azərbaycana budəfəki səfərinin həbsdə olan jurnalistlərin azad edilməsi ilə bağlı olduğu qeyd edilib. /APA/











1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR