Bank Of Baku

Piter Simnebi ədliyyə naziri Fikrət Məmmədovla görüşüb

Piter Simnebi ədliyyə naziri Fikrət Məmmədovla görüşüb
# 21 iyul 2007 09:22 (UTC +04:00)
Azərbaycanda səfərdə olan Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Simnebinin başçılıq etdiyi nümayəndə heyəti ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədovla görüşüb. Ədliyyə Nazirliyinin mətbuat xidmətindən APA-ya bildirilib ki, F. Məmmədov Avropa İttifaqı kimi nüfuzlu qurumla əlaqələrin son dövrdə genişləndiyini razılıqla qeyd edib. O, ölkəmizdə məhkəmə sisteminin müasirləşdirilməsi, yeni məhkəmələrin yaradılması, hakimlərin fəaliyyətinə prinsipial qiymət verilməsi və onların seçimində ən mütərəqqi üsulların tətbiqi, ədliyyə orqanlarının inkişafı üzrə görülən genişmiqyaslı işlər, o cümlədən penitensiar sistemdə islahatlar, bu sahədə ictimai nəzarətin gücləndirilməsi barədə ətraflı məlumat verib. P. Semnebi Azərbaycanda iqtisadi inkişafı və demokratik prosesləri Avropa Birliyinin ATƏT və Avropa Şurası ilə birgə dəstəklədiyini bildirib. Görüşdə hüquqi sahədə əməkdaşlığın genişləndirilməsi, söz və mətbuat azadlığı, jurnalistlərin məsuliyyəti və digər məsələlər barədə fikir mübadiləsi aparılıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR