Bank Of Baku

Həsən Kərimov: “Bəzi müxalifət partiyalarının prezident seçkilərində iştirakla bağlı indidən qərar verməsi şübhəli məqamların olduğunu göstərir”

Həsən Kərimov: “Bəzi müxalifət partiyalarının prezident seçkilərində iştirakla bağlı indidən qərar verməsi şübhəli məqamların olduğunu göstərir”
# 21 iyul 2007 10:08 (UTC +04:00)
“Bəzi müxalifət partiyalarının 2008-ci ildə keçiriləcək prezident seçkilərində iştirak edəcəkləri ilə bağlı indidən qərar verməsi müəyyən şübhəli məqamların olduğunu göstərir”. Bunu APA-ya açıqlamasında Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Həsən Kərimov deyib. Onun sözlərinə görə, demokratik şəraitin olmadığı halda müxalifətin bu seçkilərdə iştirakı mənasızdır: “Digər partiyalar da bunu bilə-bilə seçkiyə qatılırsa, deməli, burada başqa maraqlar var. Biz müxalifət partiyalarını bu proseslərdə iştirakdan imtina etməyə çağırırıq”. H. Kərimov tələbləri yerinə yetirilməyəcəyi təqdirdə, AXCP-nin də təmsil olunduğu “Azadlıq” blokunun seçkiyə qatılmayacağını bir daha vurğulayıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR