Bank Of Baku

“Azadlıq” blokunun tərkibinin genişləndirilməsi nəzərdə tutulmur

“Azadlıq” blokunun tərkibinin genişləndirilməsi nəzərdə tutulmur
# 21 iyul 2007 10:21 (UTC +04:00)
Yaxın gələcəkdə “Azadlıq” blokunun tərkibinin genişləndirilməsi nəzərdə tutulmur. Blokun üzvü olan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Həsən Kərimovun APA-ya verdiyi açıqlamaya görə, hələlik bununla bağlı blokda hər hansı müzakirə aparılmayıb. Sədr müavini bəzi partiyaların mövqeyində sapmaların olduğu üçün bloka yeni partiyaların daxil edilməsi məsələsində ehtiyatlı davrandıqlarını bildirib: “Əgər tam müxalifət mövqeyindən çıxış edən partiyalar bizə müraciət etsə, bu məsələ blokda müzakirə oluna bilər. Digər partiyaların təmsilçilərinin verdikləri açıqlamalar, onların hazırkı mövqeyi, parlamentə getmək, seçkilərdə iştirakla bağlı qərarlar bu partiyalarla əməkdaşlıq məsələsində ciddi düşünməyi tələb edir. Fikir ayrılıqları varsa, o zaman bir yerdə olmaq problemlər yaradır. Bunlar müzakirə olunmalıdır”. Açıq Cəmiyyət Partiyasının blokla əməkdaşlıq edəcəyi ilə bağlı yayılmış məlumatlara gəldikdə, H. Kərimov partiyanın rəsmi şəkildə bloka heç bir müraciət etmədiyini bildirib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR